Seçki xəbərləri
Yeni qələbəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Viləş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. Təşkilatın sədri YAP-ın avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini vurğulayaraq qarşıdan gələn bələdiyyə seçkilərində də növbəti qələbəyə imza atacağını bildirib və seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçki qərargahının üzvləri Bayram Əsgərov, Nahid Rəhimov, Həsən Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Alim Ələmov, Şamil Məmmədov bildiriblər ki, dövlətimizin başçısı, YAP Sədri İlham Əliyevin sosial siyasəti yalnız ölkənin iqtisadi inkişafını deyil, həm də vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini hədəfləyir.
Seçicilər Elxan Zeynalov, Nazilə Tahirova, Nüsrət Nəsrullayev və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.