YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Reallıqlardan irəli gələn vəzifələr

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu, Binə və Türkan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşü keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Ədalət Qədirli, Xaləddin Yarıyev bildiriblər ki, demokratiyanın inkişaf etdirilməsində bələdiyyə seçkiləri mühüm əhəmiyyət kəsb edir. Onlar YAP Xəzər rayon təşkilatı tərəfindən seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat veriblər. 

Görüşdə çıxış edən Binə və Türkan bələdiyyələri üzrə namizədlər Habil Həmidov, Ramin Feyziyev, Tehran Rəhimov, Məhsum Nuriyev ölkənin gələcəyi üçün doğru qərar verməyə və daha güclü bir Azərbaycan üçün seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıblar.

Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.