YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Cəlilabad seçiciləri ümidləri doğruldan YAP-a səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Cəlilabad rayonu, Alar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev bildirib ki, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Onun sözlərinə görə, ölkəni tarixi Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl sosial siyasət vətəndaş rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb. 

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Əfrahim Hüseynov, Vüqar Cavadov və təşviqat qrupunun üzvü Məhərrəm Nağıyev bütün seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Bələdiyyə üzvlüyünə namizədlər Nazim Əsgərov, İlahə Dadaşova yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaqları halda, seçicilərin etimadını doğrultmaq məqsədilə səylə çalışacaqlarını bildiriblər.

Seçicilər Gülafət Əsgərova, Rövşən Babayev və başqaları bələdiyyə seçkilərində ümidləri doğruldan YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.