Seçki xəbərləri
Xaçmazda seçicilərlə görüşlər uğurla davam edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Xaçmaz, Yalama, Köhnə Xaçmaz, Qaraqurtlu və Yergüc bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar vətəndaşların sosial təminatını mütəmadi olaraq yaxşılaşdırır.
Bələdiyyə üzvlüyünə namizədlər Tural Məlikov, Aytac Ramazanova, Nəbi İskəndərov, Şair Kərimxanov, Zeynəb Cəfərova, Eyyub Abdurəhmanov, Aslan Məmmədov, Gülaməddin Quliyev ötən müddət ərzində yerli özünüidarəetmənin formalaşması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri ərazilərində seçicilərlə məhəllə görüşləri keçiriblər.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.