Seçki xəbərləri
Yeni dönəmin çağırışları
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev Yeni Azərbaycan Partiyasının indiyədək iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını bildirib.
Seçki qərargahının üzvləri Sovet Şükürov, Hümbət Quliyev, Şirxan Səlimov, Şahin Şəfiyev və bələdiyyə üzvlüyünə namizədlər Nərmin Mehdiyeva, Şükür Əliyev qeyd ediblər ki, yeni mərhələdə bir sıra Dövlət proqramları çərçivəsində bələdiyyələrin öz ərazilərində sahibkarlıq üçün münbit şərait yaratması, xidmət sahələrini, turizm sektorunu əhatə edən layihələr icra etməsi nəzərdə tutulur. Vurğulanıb ki, bu da regionların iqtisadiyyatının dinamik inkişafına dəstək kimi olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, həmin gün Sumqayıt və Zeynalabdin bələdiyyələri üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəlli görüşləri də keçirilib.
Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.