YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yüksək inam və rəğbət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Qəçrəş, Vladimirovka, Vəlvələ, İkinci Nügədi, Zərdabi-Barlı, Hacıhüseynli, Qonaqkənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər qeyd ediblər ki, bu gün müstəqil Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edir, dünyadakı mövqeyini daha da möhkəmləndirir. Görülən işlərin nəticəsində dövlətimizin və xalqımızın bugünkü dirçəlişi və rifahı təmin edilib.

Namizədlər seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.