YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi mühüm məqsədlərdəndir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu,  Ağcabədi və Boyat bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qeyd edib ki, Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır: “Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir”.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlər öz əksini tapıb ki, bu hədəflərin yerinə yetirilməsində yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür.

Bələdiyyə üzvlüyünə namizədlər İsmayıl Rəsulov, Samirə Xudiyeva, Nadir Qürbətov, Vüsalə Əliyeva və Natiq Cəfərov YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Vurğulanıb ki, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi mühüm məqsədlərdəndir.

Seçicilərdən Fazil Əliyev, Ceyhun Abbasov, Yaqut Hüseynova və digərləri Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.