Seçki xəbərləri
Uğurlu siyasət yeni qələbələri şərtləndirir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Hacıməlik bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, Yeni Azərbaycan Partiyası milli maraqlara əsaslanan fəaliyyəti ilə xalqın etimadını doğruldub. Onun sözlərinə görə, uğurlu siyasət yeni qələbələri şərtləndirir.
Bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdıran V.İsayev qeyd edib ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr durur.
Bələdiyyə üzvlüyünə namizədlər Amil Hüseynov, Kamilə Rzayeva, Mahir Həsənov və Mədəd Rzayev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri fəal olmağa çağırıblar.
Seçicilər Ucar Rzayev, Aqilə Nağıyeva, Kəmaləddin İsmayılov və digərləri bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.