Seçki xəbərləri
Xoşbəxt gələcəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Xalatala bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan və qarşıda dayanan hədəflərdən danışıb.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər Osif Zalxayev, Məhəmməd Dibirov, Xalsa Mutayeva, kənd ağsaqqalı Həybullah Bozbaxov uğurlarımızın davamı naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, namizədlərin məhəllə görüşləri də keçirilib.