Seçki xəbərləri
Culfa seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu Ərəzin, Bənəniyar və Milax bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Ərəzin bələdiyyəsi üzrə namizəd Tahar Hacıyev, Bənəniyar bələdiyyəsi üzrə namizəd Səxavət Hüseynov və Milax bələdiyyəsi üzrə namizəd Fatimə Rüstəmli YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər.
Seçicilər Əbülfəz Ağayev, Əli Məmmədov və Balakişi Cəfərov bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.