Seçki xəbərləri
Davamlı uğurların ünvanı Yeni Azərbaycan Partiyasıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu, Həzrə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin hərtərəfli inkişafı, sosial rifahın yüksəldilməsi və demokratik dəyərlərin gücləndirilməsi sahəsində mühüm addımlar atmağa davam edəcək. O, YAP-ın seçki proqramında ilə bağlı məlumat verərək Yeni Azərbaycan Partiyasının növbəti dəfə qələbə qazanacağına və bütün hədəfləri gerçəkləşdiriləcəyinə əminliyini ifadə edib.
Təşviqat qrupunun üzvü Bəhruz Ramazanov yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıb
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Şair Babayev, İftixar Məmmədbəyov, Sərxan Zoyarov göstərilən etimadı doğrultmağa çalışacaqlarını söyləyiblər.
Seçicilərdən İnam Əhmədov və digərləri səsvermə günü YAP-ın namizədlərinə səs verəcəklərini bidiriblər.