Seçki xəbərləri
Hərtərəfli inkişafın davamlı olması naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Qaraağaclı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüş zamanı YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. Bildirilib ki, sonuncu bələdiyyə seçkilərindən ötən dövr ərzində görülən işlər nəticəsində əhalinin rifahı əhəmiyyətli şəkildə yüksəlib. “Bununla bərabər qarşıda mühüm vəzifələr durur. Yeni Azərbaycan Partiyasının seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb”, - deyə vurğulanıb.
Bələdiyyə üzvlüyünə namizədlər Sərxan Kazımov, Nicat Musayev seçiciləri ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.