Seçki xəbərləri
YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Zarağan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ən güclü siyasi təşkilatı olduğunu deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya xalqa və dövlətçiliyə layiqli xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Teyfur Əsədov və bələdiyyə üzvlüyünə namizədlər Səfa İsmayılov, Qorxmaz Əfəndiyev və Fərid Zeynallı partiyanın seçki proqramı haqqında geniş məlumat veriblər. Çıxışlarda ölkədə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib. Seçicilərə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırış edilib.
Qeyd edək ki, Qəbələ, Bum, Nic, Mıxlıqovaq, Soltannuxa, Cığatelli və Nohurqışlaq bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.