YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqın inam və etimad ünvanı dəyişməzdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Mirzəcəfərli və Yeni Əyricə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov bildirib ki, Yeni Azərbaycan Partiyasının hər seçkidə qazandığı qələbə bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, göstərir.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nurəddin Alıyev, Ramin Abdullayev, Seymur Məmmədov, Asim Həmzəyev, Vüsal Şükürov, Riyal Yusifzadə, Zahir Əhmədov, Babək İbrahimov, Gündüz Ağalarov, Səmayə Abbasova, Fəxrəddin Qasımov  Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqlədiyini və yeni hədəflərə doğru inamla irəlilədiyini diqqətə çatdırıblar.

Seçicilər Almaz Yusifova, Xudaverdi Hasilov, Allahverdi Zeynalov YAP-ın fəaliyyətini dəstəklədiklərini bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.