Seçki xəbərləri
Zəngin seçki təcrübəsi
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ləki bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsindən bəhs edib. Sədr müavini bildirib ki, xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə qazanacaq.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Mahir Qarayev və Nigar Məmmədova qeyd ediblər ki, son illər ərzində bir çox layihələrin həyata keçirilməsində, həmçinin əhalinin məşğulluğu sahəsində bələdiyyələrin rolu xeyli dərəcədə artıb.
Seçicilərdən Kəbirə Nəbiyeva və Vidadi Əliyev çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət kursunu dəstəkləyirlər. Məhz bunu əsas tutaraq onlar yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.