YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP bu dəfə də inamlı qələbə qazanacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhər Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb: “Bu dəfə də Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbə qazanacağına əminik”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları hər birimizin gözü önündədir. Hazırda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur: “Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək”.

Bələdiyyə üzvlüyünə namizəd Sabir Əbdürrəhimov və digərləri seçiciləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

Qeyd edək ki, Gəncə şəhəri, Nizami bələdiyyəsi üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.