Seçki-2024
Xalqın etimadı böyük məsuliyyətdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Buruc bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə görüş keçirib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın tərəqqiyə nail olduğunu bildirib. Onun sözlərinə görə, müstəqil dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən çoxsaylı milli məqsədlər müvəffəqiyyətlə reallaşdırılıb və qarşıda yeni hədəflər dayanır.
Rayon təşkilatının sədr müavini Azər Ağayev, bələdiyyə üzvlüyünə namizədlər Tünzalə Vəliyeva və Mehman Nəsibov bələdiyyələrin inkişafı istiqamətində YAP-ın başlıca hədəflərini diqqətə çatdırıb, seçicilərin partiya tərəfindən irəli sürülən namizədlərə etimad göstərəcəklərinə inamlarını ifadə ediblər. “YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirmək əzmindədirlər”, - deyə vurğulanıb.