Seçki-2024
“Bütün sahələrdə yüksəlişə nail olmuşuq”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Liman və Girdəni bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Lənkəran rayon təşkilatı sədrinin müavini Əlövsət Qurbanov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif istiqamətləri əhatə edən layihələr uğurla reallaşdırılıb, cəmiyyət həyatının bütün sahələrində yüksəlişə nail olunub: “İslahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib”.
Seçki qərargahının üzvləri Şirvan Əliyev, Ədalət Nəzərov, Siyavuş Süleymanlı, təşviqat qrupunun üzvü Əliziya Ağayev və bələdiyyə üzvlüyünə namizədlər Təranə Məmiyeva, Gülnar Abdullayeva, Eldəniz Heydərov, Əli İbadov, Mahir Rəhimov Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasında xalqa xidmət prinsipinin dayandığını diqqətə çatdırıblar. Bələdiyyə seçkilərinin ictimai-siyasi önəmindən bəhs edən natiqlər YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.