Seçki xəbərləri
YAP-la böyük tərəqqi və inkişafa doğru!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu, Yeniarx bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Göyçay rayon təşkilatının sədr müavini Laçın İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında mühüm rol oynayıb.
Bələdiyyə üzvlüyünə namizədlər Rəşad Nuriyev, Fariz Qasımov, Sabir Qəhramanov çıxış edərək partiyanın seçki proqramı haqqında məlumat veriblər. Onlar yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Elvin Məmmədov, Turqut Zülfüqarov və digərləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini söyləyiblər.