YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“YAP-ın namizədlərinə səs verəcəyik!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Xətai bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvü Tağı İmamverdiyev, təşviqat qrupunun üzvü Mahmizər Əliyeva, bələdiyyə üzvlüyünə namizədlər Mirəsgər Mahmudov və Sarı Maşayev bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində rolundan bəhs ediblər. Onlar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilər Əsli Əsgərova, Həmid Vəliyev və digərləri Azərbaycana mühüm uğurlar qazandıran Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.