Seçki xəbərləri
Seçicilər YAP-ın namizədlərini dəstəkləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonu, Xocəsən, Rəsulzadə və Binəqədi bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə Binəqədi rayonu, Xocəsən bələdiyyəsi üzrə namizədlər Nigar Məmmədova, Abbas Rəhimov, Rəsulzadə bələdiyyəsi üzrə namizədlər İsa Bayramov və Günel Abdullazadə, Binəqədi bələdiyyəsi üzrə namizədlər Toğrul Babayev, Fərid Nəsibov və Elməddin Nəzərov vətəndaşların təkliflərini dinləyib, suallarını cavablandırıblar.
Namizədlər seçiciləri maraqlandıran məsələlərin həllinin YAP-ın seçki proqramında əksini tapdığını diqqətə çatdırıblar. Onlar bu məsələlərin həyata keçirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə etimad göstərəcəklərini bildiriblər.