Seçki xəbərləri
Davamlı yüksəliş yolunda
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu, Kijəbə, Astara və Siyəkü bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşlərdə YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətlərindən bəhs edib, partiyanın namizədləri barədə məlumat verib.
Seçki qərargahının üzvü Elçin Məmmədəliyev, bələdiyyə üzvlüyünə namizədlər Şamil Qənbərov və Səbinə Fəttayeva, Aynur Quliyeva, Famil Teymurov seçiciləri bələdiyyə seçkilərində fəal iştiraka və düzgün seçim etməyə çağırıblar.
Seçicilərdən Ruhəngiz Qasımova çıxış edərək bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.