YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Xalqımız yenə də müdrik seçim edəcək!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Xətai bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov Yeni Azərbaycan Partiyasının öz səmərəli fəaliyyəti ilə Azərbaycanın tərəqqisində müstəsna rol oynadığını diqqətə çatdırıb: “Şübhə yoxdur ki, xalqın inam və etimad ünvanı olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, Azərbaycana yeni nailiyyətlər qazandıracaq”.

Təşviqat qrupunun üzvləri Meyvəddin Ramaldanov, Mirfaiq Mirheydərli, Xəyyam Fərzəliyev, Cəmil Fətullayev və Mustafa Şükürov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar. Onlar əminliklərini ifadə ediblər ki, xalqımız yenə də müdrik seçim edərək YAP-ın namizədlərinə səs verəcəklər.

Seçicilərdən Nizami Hüseynov, Pərviz Umudov və başqaları qüdrətli Azərbaycanla qürur duyduqlarını və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.