YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Lerikdə YAP-ın namizədləri seçicilərlə görüşləri davam etdirir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonunun Siyov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Lerik  rayon təşkilatının sədr müavini Elnur Məmmədov bildirib ki, YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsində partiyanın Sədri, Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri müstəsna önəm kəsb edir.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Cahil Muxtarov, Elman Rəcəbov, Veysəl Məlikov, Siyov bələdiyyəsi üzrə namizədlər  Tərlan Qəribov, Şəhriyar Məcidov və digərləri çıxış edərək seçiciləri bələdiyyə seçkilərində fəallıq göstərməyə və YAP-ın  namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Lerik  rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov, Veysəl Məlikov, Blaband bələdiyyəsi üzrə namizəd Balamirzə Mirhüseynov, Şingədulan bələdiyyəsi  üzrə namizəd Rahil Məmmədov, Veri bələdiyyələri  üzrə namizədlər Mehdi Qafarov, Mircəlal Cahangirov, Tofiq Mirzəyev,  Vizəzəmin bələdiyyəsi  üzrə namizədlər Bəxtiyar Mehtiyev, Əliniyaz Hüseynov, Əliabad bələdiyyəsi  üzrə namizəd Vüqar Hüseynov, Çayrud bələdiyyəsi  üzrə namizəd Dadaş Əlirzayev seçicilərlə məhəllə görüşləri keçiriblər.

Görüşlərdə seçicilər YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.