Seçki xəbərləri
Yeni uğurlar naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şahbuz rayonu, Şahbuz və Ayrınc bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Yenibar Vəliyev və Çingiz Hüseynov qeyd ediblər ki, xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağrışlar fonunda böyük qələbə əzmi ilə qatılır. Onlar partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamlarını ifadə ediblər.
Namizədlər, həmçinin müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından da söz açıblar. Daha sonra YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verən namizədlər bu partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.
Görüşlərdə çıxış edənlər uğurlarımızın davamı naminə bələdiyyə seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.