YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Kür Qaraqaşlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Salyan rayon təşkilatı sədrinin müavini Aqşin Babayev Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı istiqamətində önəmli işlər gördüyünü və mühüm nailiyyətlərə imza atdığını deyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının böyük qələbə əzmi ilə seçkilərə qatılması onun avanqard qüvvə kimi hər zaman siyasi mübarizələrə hazır olduğunu nümayiş etdirir.

Təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Baleyvaz Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Fəxrəddin Vəliyev və Seymur Əliyev partiyanın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri öz fəaliyyətlərini yeni hədəflərin reallaşdırılması istiqamətində quracaqlar.

Seçicilər Samid Quliyev, Ülvi Rüstəmov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.