Seçki xəbərləri
Yeni Azərbaycan Partiyası mütərəqqi ideyaları gerçəkləşdirən yenilikçi siyasi qüvvədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu, Cəhri bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Babək rayon təşkilatı sədrinin müavini Elvin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası mütərəqqi ideyaları gerçəkləşdirən aparıcı və yenilikçi siyasi qüvvədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası islahatlar vasitəsilə inkişafı təmin edir.
Təşviqat qrupunun üzvü Gülzar Rüstəmova, bələdiyyə üzvlüyünə namizədlər Sənan Novruzov, Oruc Səfərov, Bəxtiyar Əhmədov, Şəfayəddin Qəmbərov, Ayşən Tahirova, Elman Bayramov, Əli Quliyev, Mahirə Şahverdiyeva və Taleh İmanov bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdırıblar. Onlar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.