Seçki xəbərləri
YAP seçkilərə yüksək səviyyədə hazırlaşıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonunun Qarasu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədr müavini Hökmalı Mirzəyev demokratik idarəçiliyin əsas atributlarından sayılan bələdiyyələrin cəmiyyət həyatında rolundan, partiyamızın qarşıdan gələn seçkilərə hazırlığından ətraflı bəhs edib.
Təbliğat qrupunun üzvləri Sahib Aslanov, Vüsal Nağıyev, bələdiyyə üzvlüyünə namizədlər Mireyyub Babayev, Qardaş Lazımov və digərləri YAP-ın seçki proqramı haqqında məlumat verərək növbəti dövrdə bələdiyyələrin qarşısında duran vəzifələrdən söz açıblar, seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-nın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, YAP namizədləri ərzində bir neçə məhəllə və fərdi görüşlər də keçirərək seçiciləri YAP-ın namizədlərinə səs verməyə səsləyiblər.
Görüşlərdə iştirak edən seçicilər YAP-a böyük inamlarının olduqlarını qeyd edərək bələdiyyə seçkilərində fəallıq göstərəcəklərini və partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.