YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçkilər tarixi hadisə kimi yadda qalacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və bələdiyyə üzvlüyünə namizədlər İradə Qarayeva, Vüsal Cəfərli, Əliyar Həsənov, Kənan Mahmudov bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. Onlar, həmçinin vurğulayıblar ki, YAP yarandığı gündən indiyədək böyük qələbələrə imza atıb. Natiqlər bildiriblər ki, məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib.

Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyevin və şəhid Ələddin Səidovun ailələrini ziyarət ediblər.