Seçki xəbərləri
Səbaildə seçicilərlə növbəti görüş keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Səbail rayonu Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşdığını bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin gördüyü işlər barədə ətraflı məlumat verib.
Daha sonra Badamdar bələdiyyəsi üzrə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Səbail bələdiyyəsi üzrə namizədlər Hacı Əliyev və Validə Cəfərova YAP-ın seçki proqramı haqqında məlumat veriblər.
Seçicilər görüş zamanı Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.