Seçki xəbərləri
Böyük qələbə əzmi ilə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Aşağı Seyfəli və Yuxarı Seyfəli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Gorüşlərdə çıxış edən təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Təhməz Mehdixanov, Elvira Allahverdiyeva, Elşən Quliyev YAP-ın seçki proqramı haqqında məlumatları diqqətə çatdırıb, partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu qeyd ediblər.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Bəhruz Abbasov, Rza Mustafayev, Şöhrət Qarayev, Rövşən Daşdəmirov və Ceyhun Daşdəmirov Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərdən danışıblar. Onlar zəngin ənənələrə malik olan YAP-ın bələdiyyə seçkilərinə böyük qələbə əzmi ilə qatıldığını deyiblər.
Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər də YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.