Seçki xəbərləri
Yeni reallıqlar və çağırışlar fonunda
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev YAP-ın seçki proqramı və namizədləri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, indiyədək keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazanan Yeni Azərbaycan Partiyası yeni reallıqlar və çağırışlar fonunda növbəti seçkilərə də böyük qələbə əzmi ilə qatılır.
Seçki qərargahının üzvləri Rizvan Mikayıllı, Mustafa Muradov, Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Ədalət Quliyeva, Vüsal Alşanov, Gülnarə Dadaşova, Şəmsinur Hüseynova, Mahnur Ömərova, Gültəkin Nəzərova, Nargilə Kərimova, Nağı Zenallı, Vüsal Alşanov, Abar İsmayılov, Ruslan Seyidov, Fikrət Həsənov, Samrin Xanlayev, Samin Tağıyev və Gülnar Hidayətova bələdiyyələrin yerli özünüidarəetmə orqanları olaraq bir çox mühüm layihələrin həyata keçirilməsində önəmli rol oynadıqlarını söyləyiblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edərək YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.