YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyələrin inkişafına xüsusi diqqət göstərilir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonunun Nəsimikənd və Orta Muğan kənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Saatlı rayon təşkilatının sədr müavini  Sevinc Gülüşova bildirib ki, ötən dövr ərzində bələdiyyələrlə bağlı xeyli sayda qanunların və digər hüquqi sənədlərin qəbul olunması bu sahənin inkişafına dövlətin diqqətinin bariz nümunəsidir. Onun sözlərinə görə, artıq bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplayıb, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olub. O, həmçinin YAP-ın fəaliyyətindən də ətraflı söz açıb.

Seçki qərargahının üzvləri Lətif Şimşəkov və Zülfüqar Bayraqdarov, bələdiyyə üzvlüyünə namizədlər Nəriman Bayraqdarov, Əli Əsgərov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar. 

Qeyd edək ki, Qara Nuru bələdiyyəsinin üzvlüyünə namizəd Azər Məhərrəmov təşviqat kampaniyası çərçivəsində şəhid ailələrini də ziyarət edib.