Seçki xəbərləri
Bərdəlilərin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Nazırlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Azərbaycan xalqının növbəti seçki ərəfəsində olduğunu deyib: “Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP fəal iştirak edir”.
Təşkilatın sədr müavini yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını da diqqətə çatdırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Nəzakət Abışova, Əlif Əhmədli, Məhəmməd Fərzəliyev, Qənirə Məmmədova çıxışlarında YAP-ın xalqın etimadını layiqincə doğrultduğunu, ümumxalq partiyası və aparıcı siyasi qüvvə kimi uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıblar.
Seçicilər adından iştirak edən Hidayət Hüseynov, Natiq İsmayılov YAP-a növbəti dəfə etimad göstərəcəklərini bildiriblər.