YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Demokratik inkişaf yolunda…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Alışar  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvü Cahandur Məhərrəmov, təşviqat qrupunun üzvləri Musa Şirəliyev, Nüsrət Həsənov, Tahir Əliyev və Adil Əhmədov, bələdiyyə üzvlüyünə namizədlər Asəf Babayev, Vüqar Quliyev, Seyid Müseyikazım, Vidadi Hüseynov və Cəmşid Həsənov bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs ediblər. Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyi, YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərinə böyük inamla və qələbə ruhunda qatıldığı diqqətə çatdırılıb.

YAP-ın seçki proqramından bəhs edən natiqlər vurğulayıblar ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması əsas hədəflərdəndir. Onlar seçicilərin Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə inandıqlarını söyləyiblər.