Seçki xəbərləri
Gələcəyə baxış: Mütərəqqi islahatlar dövrü
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Qalaqayın bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şixəliyev bildirib ki, yerli səviyyədə həyata keçirilən tədbirlər əhaliyə göstərilən xidmətlərin keyfiyyətini artırmaqla, insanların həyat şəraitini daha da yaxşılaşdırır. Qeyd olunub ki, bu tədbirlər, həmçinin sosial infrastrukturun inkişafına və yerli resursların səmərəli istifadəsinə şərait yaradır.
Seçki qərargahının üzvləri Pəhlivan Qarayev, Ağadadaş Həsənov və bələdiyyə üzvlüyünə namizədlər Valid Hüseynov, Vüqar Fərzəliyev və Mehriban Xəlilova qeyd ediblər ki, Prezident İlham Əliyevin çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verir.
Seçicilər Pərvin Ağammədova, Elnarə Əliyeva, Nazanı İbadova və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın namizədlərinin seçicilərlə fərdi və məhəlli görüşləri də keçirilib.