YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Vətəndaşların mənafeyi naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Bənəniyar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədr müavini Cəlal Həsənli çıxış edərək partiyanın seçkilərə hazırlığından, bələdiyyələrin işinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan tədbirlərdən bəhs edib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Elşad Cəfərov, bələdiyyə üzvlüyünə namizədlər Vəli Sərxanlı, Şəbnəm Zeynalova, Niyaməddin Cəbiyev, Kəramət Əliyev, Elşən Cəfərli YAP-ın seçki proqramında kənd təsərrüfatı, sənaye, nəqliyyat və digər sahələrdə bələdiyyə ilə dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulmasının əhəmiyyətindən danışıblar. Onlar etimad göstəriləcəyi təqdirdə bu istiqamətdə fəal çalışacaqlarını vurğulayıblar.

Seçicilər Ramiyə Abbasova və Səftər Həsənov seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, Culfa bələdiyyəsi üzrə namizəd  Tahir Əliyev və Yaycı bələdiyyəsi üzrə namizəd  Gülnar Orucova məhəllə görüşləri də keçiriblər.