Seçki xəbərləri
Misilsiz inkişafa töhfə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Aşağı Nüvədi, Rvo bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndələri Böyükağa Axundov və Sitarə Babayeva bildiriblər ki, ölkəmizdə bələdiyyələr cəmiyyətin idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, qarşıdan gələn bələdiyyə seçkilərinin aşkar favoriti sayılan Yeni Azərbaycan Partiyası ölkənin davamlı və hərtərəfli inkişafına misilsiz töhfələr verib”.
Seçki qərargahının üzvləri Səxavət Həsənov, Balaxan Əmirov, Ramiz Əlifov, Muxtar Nəzərov və bələdiyyə üzvlüyünə namizədlər İqbal İbrahimov, Vaqif Əliyev çıxış edərək ölkəmizdə bələdiyyə islahatlarının yerli idarəetmənin daha şəffaf və səmərəli təşkil olunmasını təmin etmək məqsədi daşıdığını vurğulayıblar. Natiqlər seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Osaküçə, Mamusta, Sütəmurdov və Girdəni bələdiyyələri üzrə YAP-ın namizədlərinin də seçicilərlə görüşləri keçirilib.