Seçki xəbərləri
YAP yüksək nüfuza malik siyasi qüvvədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Qaysa bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev bildirib ki, bu gün ölkəmizin siyasi həyatında Yeni Azərbaycan Partiyasına alternativ yoxdur. Seçkilər, partiyanın xalq arasında qazandığı etimadın və siyasi gücünün bir daha təsdiqinə çevriləcək.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Mahama Purtiyev və bələdiyyə üzvlüyünə namizəd Rəfail Oynağanov bildirib ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, bələdiyyə ərazisində məhəllə görüşləri də keçirilib.