YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyə seçkiləri birlik və həmrəyliyin növbəti ifadəsi olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Yenikənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov partiyanın seçki proqramı barədə məlumat verib. Yeni dövrün müasir Azərbaycana yeni uğurlar vəd etdiyini deyən A.Şirinov xalqın Heydər Əliyev yoluna sadiq olduğunu söyləyib. O əminliklə vurğulayıb ki, bələdiyyə seçkiləri inam və etimadın, birlik və həmrəyliyin növbəti ifadəsi olacaq.

Seçki qərargahının üzvü Əhmədrza Mikayılov və bələdiyyə üzvlüyünə namizədlər Nizami Tahirov, Ulduzə Yaqubova, Şərafəddin Babayev seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə, YAP namizədlərinə səs verməyə çağırıblar.