YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni Azərbaycan Partiyası bütün hədəfləri gerçəkləşdirmək əzmindədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Biləsuvar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Təşviqat qrupunun üzvü Samir Ağayev və bələdiyyə üzvlüyünə namizəd İlqar Abasov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, sonuncu bələdiyyə seçkilərindən ötən dövr ərzində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı təmin olunub, əhalinin rifahı əhəmiyyətli şəkildə yüksəlib. Qeyd edilib ki, ölkəmizdə yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atılıb və bu sahədə qazanılmış müsbət təcrübənin yayılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. “Bununla bərabər, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda mühüm vəzifələr durur. Yeni Azərbaycan Partiyasının seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb”, - deyə vurğulanıb.

Seçicilər Mirnəsib Kazımov, Şahverdi Bayramov və digərləri Prezident İlham Əliyevin vətəndaşların rifahı və mənafeyinə xidmət edən siyasətindən məmnunluq hissi ilə bəhs edib, daha qüdrətli Azərbaycan naminə partiyanın namizədlərinə səs verəcəklərini qeyd ediblər. “Yeni Azərbaycan Partiyası bütün hədəfləri gerçəkləşdirmək əzmindədir”, - deyə bildirilib.