Seçki xəbərləri
YAP möhtəşəm qələbə qazanacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev çıxış edərək YAP-ın bələdiyyə seçkilərinə böyük əzmlə getdiyini bildirib. O, bu dəfə də YAP-ın möhtəşəm qələbə qazanacağına əmin olduğunu söyləyib: “Zamanın tələbi və xalqın istəyi ilə yaranan YAP hər zaman xalqımıza, dövlətimizə böyük qələbələr qazandırıb. YAP bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır”.
Bələdiyyə üzvlüyünə namizədlər Azər Bağırov, Kamran Nəmətov, Cabar Cabarov yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları təqdirdə seçicilərin etimadını doğrultmaq məqsədilə daha məhsuldar çalışacaqlarını vurğulayıblar.
Çıxış edən seçicilər YAP-ı hər zaman olduğu kimi, budəfəki seçkilərdə də dəstəkləyəcəklərini bildiriblər.