YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-ın təşviqat modeli: Milli maraqların müdafiəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Mahmudavar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov çıxış edərək bələdiyyələrin ötən dövr ərzində keçdiyi inkişaf yolundan danışıb, YAP-ın seçki proqramı və namizədləri haqqında ətraflı məlumat verib.

Seçki qərargahının üzvləri Ramiz Tağıyev, Həsən Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Kamaləddin Ağayev, Elnur Əhmədov, Elçin Ağayev, Qəzənfər Fəttayev, Rövşən Hüseynov seçiciləri xalqın yüksək rifahı naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar. Onlar Yeni Azərbaycan Partiyasının ölkənin inkişafı naminə gördüyü işlərin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar. Eyni zamanda, YAP-ın namizədlərinin xalqın maraqlarını layiqincə təmsil edəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı seçicilər Fəmail Rəhimov, Təranə Hacıyeva, Mehman Əliyev və digərləri Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini bildiriblər.