Seçki xəbərləri
Şirvan seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri G.Şıxbalaoğlu küçəsində və Şirin Şükürov küçəsində yaşayan seçicilərlə məhəllə görüşü keçiriblər.
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi Amil İsrayılov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın üzvləri öz fəaliyyətlərini yerli idarəetmənin təkmilləşdirilməsi və daha yüksək xidmət keyfiyyətinin təmin olunmasına yönəldəcəklər.
Bələdiyyə üzvlüyünə namizədlər Samirə Abışova, Akif Saqiyev, Emin Azadov, Teymur Məmmədov, İlham Cəfərov, İradə Atayeva, Kürdoğlu Muradov və Sərraf Əzimov YAP-ın seçki proqramından bəhs ediblər. Qeyd olunub ki, proqramda bələdiyyə gəlirlərinin artırılması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi, o cümlədən bələdiyyələrə məxsus ictimai iaşə və sosial obyektlərin yaradılması nəzərdə tutulur.
Seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.