Seçki xəbərləri
İnkişaf və sabitliyin təminatı
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Mehdili bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən seçki qərargahının üzvü Nurlan Şəfiyev əvvəlcə ölkəmizin son illlərdə əldə etdiyi mühüm nailiyyətlərdən söz açıb. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müdrik zəkası, siyasi-diplomatik məharəti sayəsində tariximizə yeni parlaq səhifələr yazılır.
Seçki qərargahının üzvü Rüfət Nəsirov, bələdiyyə üzvlüyünə namizədlər Qalib Abbasov, Kənan İsmayılov, Bəşir Fətullayev çıxış edərək əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayandığını bildiriblər. Namizədlər yeni formalaşacaq bələdiyyədə təmsil olunmaq hüququ qazanacaqları təqdirdə işlərini məhz bu hədəflər istiqamətində quracaqlarını qeyd ediblər.
Seçicilər Ruslan Əbülhəsənov, Məmmədağa Əhmədov və digərləri namizədlərə uğurlar arzulayaraq seçkilərdə fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın Kürdəmir bələdiyyəsi üzrə namizədləri məhəlli görüşlər də keçiriblər.