Seçki xəbərləri
Xoşbəxt gələcəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu, Neftçala, Xıllı və Həsənabad bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev bildirib ki, bələdiyyələr ərazinin sosial-iqtisadi potensialından səmərəli istifadə edərək müvafiq bölgənin inkişafını təmin etmək və əhalinin rifahını yüksəltmək imkanlarına malikdir. Qeyd olunub ki, bu potensialın düzgün qiymətləndirilməsi yerli resursların səmərəli istifadəsini təmin edir. Bələdiyyələrin bu istiqamətdəki fəaliyyəti bölgələrin dayanıqlı inkişafına və cəmiyyətin həyat şəraitinin yaxşılaşmasına töhfə verir.
Bələdiyyə üzvlüyünə namizədlər Əli Əliyev, Gülmirə Səfərova, Nazilə Əhmədli, Mustafa Zeynalov və digərləri yerli özünüidarəetmə sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Xıllı qəsəbəsində və Yeniqışlaq kəndində məhəlli görüşlər də keçiriblər.