YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Kəhrizli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Nəriman Orucov bildirib ki, partiyanın üzvləri yerli özünüidarəetmə orqanlarında təmsil olunarkən xalqın etimadını böyük bir məsuliyyət olaraq qəbul edirlər. Bu, onların fəaliyyətinin əsasını təşkil edir.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüynə namizədlər Kamil Aslanov, Dəyanət Məhərrəmov, Bəhram Səfərov seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştiraka çağırıblar.

Seçicilər Şaiq Abbasov, Ərəstun Qənbərov, Sahibə Mirəliyeva və başqaları xalqımızın mənafeyi naminə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Kəhrizli bələdiyyəsi üzrə namizədlər seçicilərlə məhəllə görüşləri də keçiriblər.