YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Ardıcıl islahatlar müsbət nəticələr verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Xəzər rayon təşkilatı sədrinin müavini Şəfayət Nənəcanov qeyd edib ki, ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir. Onun sözlərinə görə, bu, ictimai etimada əsaslanan vətəndaş-dövlət münasibətlərinin inkişafı baxımından xüsusi önəm daşıyır: “Bu gün ardıcıl olaraq davam etdirilən genişmiqyaslı islahatlar bütün sahələrin inkişafına xidmət etməklə yanaşı, yerli özünüidarəetmənin təkmilləşməsinə də töhfələr verir”.

Təşviqat qrupunun üzvləri Altay Mansurov, Müşfiq Əliyev, bələdiyyə üzvlüyünə namizəd Bəxtiyar Babayev bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdırıblar. Çıxışlarda YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verilib və seçicilərə partiyanın namizədlərini dəstəkləmək çağırışı edilib.