YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Qələbənin astanasında

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayon Səhləbad Buruc bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları partiyanın bugünkü gücünü və uğurlarını təmin edən əsas amildir. Partiyamızın əldə etdiyi böyük nailiyyətlər, həmçinin yerli özünüidarəetmə sahəsində də davamlı uğur qazanmaq üçün möhkəm əsasdır.

Buruc bələdiyyəsi üzvlüyünə namizəd Gülşən Əliyeva əminliklə qeyd edib ki, YAP-ın üzvləri qarşıdan gələn bələdiyyə seçkilərində də böyük uğurlar qazanacaq və ölkəmizin daha da inkişafına töhfə verəcək.

Qeyd edək ki, namizədlərin məhəllə görüşləri də keçirilib.

Seçicilər seçkilərdə fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.