Seçki xəbərləri
Davamlı inkişaf naminə...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Quba bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova qeyd edib ki, müasir dövlətçilik tariximizin möhtəşəm nailiyyətləri Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi ilə bağlıdır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara cavab verən çoxşaxəli islahatların həyata keçirilməsi davamlı inkişafı təmin edən mühüm amildir. Bu, eyni zamanda, hər bir vətəndaşın rifahının yüksəlməsinə zəmin yaradır”, - deyən F.Hüseynova ölkəmizdə bələdiyyə institutunun təkmilləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Allahverdi Xudaverdiyev, Eynulla Camalov və Anar Murtuzov bələdiyyələrin qarşısında önəmli vəzifələrin dayandığını vurğulayaraq yeni hədəflərin uğurla reallaşdırılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.